Bir ay əvvəl Qobuda itlərin dişlədiyi 9 yaşlı uşaq xəstəxanadan evə buraxılıb

    HADİSƏ

    02 Aprel 2024 | 09:54

    Kliniki Tibbi Mərkəzə it dişləməsi səbəbindən ağır vəziyyətdə hospitalizasiya olunan 9 yaşlı uşaq (kişi cinsli) bir aya yaxın müalicədən sonra bu gün evə buraxılıb.

    Pressa xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin (KTM) mətbuat xidmətindən məlumat verilib.

      Bildirilib ki, bədənində çoxsaylı yaralarla xəstəxanaya çatdırılan və dərhal əməliyyata götürülən azyaşlı ağır vəziyyətdə olduğundan bir müddət reanimasiya şəraitində müalicə olunub. KTM-in Uşaq cərrahiyyəsi və Cərrahi reanimasiya şöbələrinin həkimlərinin səyləri nəticəsində azyaşlının səhhətində müsbət dinamika müşahidə edilib.

      Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyev bildirib ki, stasionar şəraitdə uzun müddət müalicəsi davam edən azyaşlının həyatı üçün artıq hər hansı təhlükə qalmadığına görə ambulator müalicə üçün evə buraxılıb.

      Xatırladaq ki, Fuad Məmmədov təxminən bir ay əvvəl Qobuda itlərin hücumuna məruz qalmışdı.



      XƏBƏR LENTİ

      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024