• Bakı 29° C

    1.86 m/s

  • USD - -

    RUB - -

    EUR - -

Beynəlxalq Elmi Tədbir rəsmi akkreditasiyadan keçib

ÖLKƏ

17 Iyul 2021 | 19:57

“28 iyul Ümumdünya Hepatit Günü”nə həsr edilmiş Beynəlxalq Elmi Tədbir rəsmi akkreditasiyadan keçib.
 
28-29 iyul 2021-ci il tarixlərində Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının və rəsmi tərəfdaş Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə ZOOM platforması üzərindən həyata keçiriləcək “28 iyul Ümumdünya Hepatit Günü”nə həsr edilmiş “Birinci Bakı Beynəlxalq Hepatologiya və Qaraciyər Transplantasiyası Günləri” adlı Onlayn Elmi Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları" əsasında akkreditasiya olunaraq 16 DTT balı qazanmışdır.
 
Hərkəs konfransda iştirak üçün dəvətlidir! 
 
Lakin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları"na əsasən yalnız həkim-anestezioloq-reanimatoloq, həkim-ümumi cərrah, ürək-damar cərrahı, uşaq cərrahı, həkim-uroloq, həkim-terapevt, həkim-kardioloq, həkim-nefroloq, həkim-qastroenteroloq, həkim-hematoloq, həkim-infeksionist, həkim-endokrinoloq, həkim-pediatr, həkim-radioloq və həkim-neonatoloq ixtisası üzrə fəaliyyət göstərən hər bir mütəxəssis müvafiq olaraq proqramın 80 faizini tamamladıqdan sonra onlayn sertifikat və 16 DTT balı əldə edəcəklər.
 
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
 
Proqramla tanış olmaq üçün linkə keçid edə bilərsiniz: 
https://customshospital.az/28-iyul-umumdunya-hepatit-gunune-hesr-edilmish-beynelxalq-elmi-tedbir-kecirilecek/#gsc.tab=0
 
Qeydiyyatdan keçmək üçün link:  https://forms.gle/GSxUVWCSTdFqHa5f6



SON XƏBƏRLƏR

05 Avqust 2021
04 Avqust 2021
03 Avqust 2021
02 Avqust 2021
31 Iyul 2021
30 Iyul 2021
29 Iyul 2021
28 Iyul 2021
27 Iyul 2021
26 Iyul 2021