Birləşmiş Ərəb Əmirliklərinin yeni prezidentinin adı məlum olub.
Pressa-nın BƏƏ-nin rəsmi xəbər agentliyi WAM-a istinadən məlumatına görə, ölkənin 7 əmirlikdən təşkil olunan BƏƏ Ali Şurası bu vəzifəyə Məhəmməd bin Zayedi seçib.Seçimlə bağlı təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, BƏƏ-nin sabiq prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhyan ötən gün vəfat edib.