BDU qəzaya düşən tələbələrin vəziyyətini açıqlayıb

    ÖLKƏ

    19 May 2022 | 11:41

    Bakı Dövlət Universiteti ötən gecə qəzaya düşən tələbələrin vəziyyəti ilə bağlı açıqlama verib.

    Universitetin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva açıqlamasında bildirib ki, qəzaya düşənlər Sosial elmlər və psixologiya fakültəsinin 3 tələbəsidir:

    “Onlardan biri II, ikisi isə IV kurs tələbəsidir. Hazırda onlar evdədilər, qəza nəticəsində bədənlərinin müxtəlif nahiyələrində sınıqlar olsa da, vəziyyətləri qənaətbəxşdir”.

    Qeyd edək ki, ötən gecə Bakının Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində avtomobil qəzası baş verib. Bakı Dövlət Universitetinin tələbələri 2001-ci il təvəllüdlü Mehdizadə Orxan İlqar oğlu, 2003-cü il təvəllüdlü Müzəffərov Vaqif Səfdər oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Rufan Zaur oğlu yolu keçərkən onları taksi fəaliyyəti ilə məşğul olan sürücünün idarə etdiyi “Toyota” markalı avtomobil vurub.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024