BDU-nun şöbə müdiri vəfat edib

    HADİSƏ

    22 Dekabr 2021 | 12:18

    Bakı Dövlət Universitetinin Tədris prosesinin təşkili şöbəsinin müdiri dosent Adil Xasayev vəfat edib.

    Universitetdən verilən məlumata görə, 76 yaşında dünyasını dəyişən A. Xasayev 1968-1970-ci illər Mərkəzi Geoloji-Kəşfiyyat Elmi Tədqiqat İnstitutunun Bakı laboratoriyasında kiçik elmi işçi, 1970-ci ildə BDU-nun Faydalı qazıntılar kafedrasının əyani aspirantı olub, sonralar dosenti kimi çalışıb. O, "Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası" fənnini tədris edib. 1992-2016-cı illərdə Geologiya fakültəsinin dekanı vəzifəsində çalışıb.

    A. Xasayev 150-dən artıq elmi əsərin , o cümlədən 2 monoqrafiya, 5 dərslik və 10-dan artıq metodik göstəriş və proqramların müəllifi olub.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024