"Bayer" yenə "Qarabağ"a rəqib oldu

    İDMAN

    23 Fevral 2024 | 16:47

    Bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

    Pressa xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə vəsiqə qazanan "Qarabağ"ın da rəqibi məlum olub. Səpələnməmişlər səbətində yer alan Ağdam təmsilçisi 1/8 finalda Almaniyanın "Bayer"  klubu ilə qarşılaşacaq.

    "Qarabağ" bu mərhələdə ilk oyununu öz meydanında keçirəcək.

    Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab görüşləri isə martın 14-də olacaq.

    Xatırladaq ki, "Bayer" "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində də mübarizə aparıb. Almaniya klubun Leverkuzendə 5:1, Bakıda isə 1:0 hesabı ilə "Qarabağ"a qalib gəlib. "Bayer" qrup lideri kimi 1/8 finala, "Qarabağ" isə qrupda 2-ci yeri tutaraq pley-offa yüksəlib.

     



    XƏBƏR LENTİ

    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024