Baş prokurorun aylıq vəzifə maaşı artırılıb

    ÖLKƏ

    29 Iyul 2022 | 16:47

    Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı 3260 manat məbləğində müəyyən edilib.

    Pressa xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” sərəncamda edilən dəyişiklikdə əksini tapıb.

    İndiyə qədər Azərbaycan Respublikası Baş prokurorunun aylıq vəzifə maaşı Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin aylıq vəzifə maaşı həcmində müəyyən edilmişdi.

    Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

    Bu Sərəncam 2022-ci il iyulun 1-dən tətbiq edilir.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024