Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Kiyevdə Beynəlxalq Forumda iştirak edib 

    22 Noyabr 2021 | 13:06

    Ukrayna Baş Prokuroru Ofisinin təşəbbüsü ilə Kiyev şəhərində Kibertəhlükəsizlik mövzusunda Beynəlxalq Forum təşkil ediib.

    Baş Prokurluğun mətbuat xidmətindən verilən məlumata görə, 25 ölkədən 100-dən çox nümayəndənin iştirak etdiyi Forumda Azərbaycan Respublikasının Baş Prokurorluğunu Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Əmir Ocaqverdiyev təmsil edib.
    Tədbirdə kibertəhlükəsizlik, bu sahədə hazırki vəziyyət, gələcək meyllər, kibercinayətkırlıqla mübarizə sahəsində beynəlxalq və milli təcrübə, beynəlxalq əməkdaşlıq və digər aktual məsələlər ətrafında səmərəli müzakirələr aparılıb, ekspertlər forum iştirakçıları ilə öz təcrübələrini bölüşüblər.
    Beynəlxalq Forumda təqdimatla çıxış edən nümayəndəmiz tərəfindən ölkəmizdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hüquq sahəsində həyata keçirilən uğurlu siyasətin tərkib hissəsi kimi digər cinayətlərlə yanaşı kibercinayətkarlıqla mübarizə, bu sahədə müşahidə olunan aktual aspektlər, milli qanunvericilik, onunla mübarizədə yeni imkanlar, çətinliklər və başqa məsələlər barədə iştirakçılara ətraflı məlumat verilib, suallar cavablandırılıb.
    Səfər çərçivəsində Baş Prokurorluğun nümayəndə heyəti ilə Ukrayna Prokurorluğunun Elm-Tədris Mərkəzinin direktoru Olesia Otradnova arasında işgüzar görüş baş tutub.
    Görüş zamanı həmçinin, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin fəaliyyət istiqamətləri üzrə əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verilmiş, hər iki ölkənin prokurorluq orqanları arasında elm-tədris sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024