Baş nazir: Gürcüstan Cənubi Qafqaza qalıcı sülhün gətirilməsi üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır

    SİYASƏT

    23 Sentyabr 2023 | 10:00

    Gürcüstan hökumətinin fundamental prinsipi müharibədən qaçmaq və sülhü qorumaqdır.

    Pressa-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı deyib. O, bildirib ki, Gürcüstan Cənubi Qafqaza qalıcı sülhün gətirilməsi üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır.

    “Bizim hökumətimizin fundamental prinsipi müharibədən qaçmaq və sülhü qorumaqdır. Coğrafi mövqeyimizin yaratdığı çətinliklərə baxmayaraq, biz Ukraynanı və beynəlxalq ictimaiyyəti tədbirli siyasətimiz və tərəfdaşlarımızla yaxın kordinasiya ilə dəstəkləməklə yanaşı, öz xalqımızı əmin-amanlıqda saxlamağı bacarmışıq. Mənim hökumətim vasitəsilə “Dinc Qonşuluq Təşəbbüsü” (irəli sürülüb). Biz Ermənistandan və Azərbaycandan olan qonşularımız və dostlarımızla Cənubi Qafqaza nəhayət qalıcı sülhün gətirilməsi üçün işləməyə hazırıq”, - Qaribaşvili deyib.

     



    XƏBƏR LENTİ

    04 Dekabr 2023
    02 Dekabr 2023
    01 Dekabr 2023
    30 Noyabr 2023
    29 Noyabr 2023
    28 Noyabr 2023