"Barselona"nın hücumçusu yenə məşqə gecikib

    İDMAN

    20 Noyabr 2021 | 14:36

    İspaniya "Barselona"sının futbolçusu Usman Dembele növbəti dəfə intizamsızlığı ilə diqqət mərkəzinə düşüb.

    Pressa "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, fransalı hücumçu yenə komandanın səhər məşqinə gecikib.

    24 yaşlı forvardı paltardəyişmə otağında görməyən məşqçilər heyəti ona zəng edib. Həmin vaxt oyunçunun evdə olduğu üzə çıxıb. O, bir neçə dəqiqədən sonra özünü hazırlıq prosesinə çatdırıb.

    Qeyd edək ki, bu, Usman Dembelenin Xavi Ernandesin "Barselona"ya baş məşqçi təyin olunmasından sonra 2-ci intizamsızlığıdır. O, daha əvvəl məşqə 3 dəqiqə gecikdiyi üçün cərimələnib. Futbolçunun bu dəfə də analoji sanksiya ilə üzləşəcəyi bildirilib.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024