Banqladeşdə Türkiyə və Suriyada zəlzələdə həlak olanlara görə matəm elan edilib

    SON XƏBƏRLƏR

    08 Fevral 2023 | 18:59

    Banqladeş zəlzələdən zərər çəkmiş Türkiyə ərazilərində yardım əməliyyatlarına kömək etmək üçün xilasedicilər qrupunun göndəriləcəyini açıqlayıb.

    Pressa "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu qərarı mətbuat konfransında elan edən Banqladeşin Yanğın Xidməti və Mülki Müdafiə Baş direktoru Main Uddin bildirib.Onun sözlərinə görə, Banqladeş Yanğınsöndürmə Xidməti və Mülki Müdafiədən 12 üzv də daxil olmaqla 60 nəfərlik qrup xilasetmə əməliyyatlarında iştirak etmək üçün bu gün axşam Dəkkədən Türkiyəyə yola düşəcək.


    Bu gün həmçinin Banqaldeş hökuməti Türkiyə və Suriyada baş verən zəlzələlərdə çox sayda insan tələfatına görə ölkədə bir günlük matəm elan edildiyini açıqlayıb. Fevralın 9-nu matəm günü elan edən hökumətin bəyanatında bildirilib ki, bütün dövlət və hökumət binalarında, eyni zamnda Banqladeşin bütün diplomatik nümayəndəlik və səfirliklərində dövlət bayrağı yarıya qədər endiriləcək.



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023