Baltik boru kəməri ilə Norveçdən Polşaya qazın nəqlinə başlanılıb

    DÜNYA

    01 Oktyabr 2022 | 14:45

    “Baltic Pipe” boru kəməri ilə Norveç şelfindən Polşaya təbii qazın nəqlinə başlanılıb.

    Pressa-nın verdiyi xəbərə görə, bu barədə Polşanın “GAZ-System” operatoru məlumat yayıb.

    "6 ildən çox əvvəl söz verdiyimiz kimi, sözümüzün üstündə durduq. Bu gün “Baltic Pipe” kəməri ilə Polşaya qazın nəqlinə başlanılıb", - məlumatda qeyd olunur.

    Məlumata görə, ilkin olaraq kəmər ilə gendəlik 62,4 mln. kubmetr qaz nəql olunacaq.

    Qeyd edək ki, “Baltic Pipe” kəmərinin illik ötürmə gücü 10 mlrd. kubmetr təşkil edir.

    Xatırladaq ki, Polşa hökuməti bəyan edib ki, respublika Rusiya qazını “Baltic Pipe” kəməri ilə nəql olunan qazla əvəz etməyi planlaşdırır. Aprelin 27-də “Qazprom” Polşaya qaz ixracını yeni sxem üzrə rublla tədarükün ödənilməməsi səbəbindən dayandırıb. Polşa əvvəllər “Yamal-Avropa” qaz kəməri ilə Rusiyadan ildə 10 mlrd. qədər qaz alırdı.

     



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024