Baku Fashion Expo 2022 çərçivəsində dəbli smartfonların yeni seriyası olan Xiaomi 12 təqdim olundu

    SON XƏBƏRLƏR

    27 Iyun 2022 | 11:12

    İyunun 26-da Bakıda yayın Azərbaycan paytaxtının mədəni həyatında mütləq iz qoyacaq əsas sosial tədbiri keçirildi.

    Bakının mədəni həyatının fəal iştirakçısı olan “Xiaomi” beynəlxalq şirkəti “Baku Fashion Expo 2022” sərgisi çərçivəsində azərbaycanlı dizayner Rüfət İsmayılın Xarı Bülbül by AFFFAIR kolleksiyasının böyük uğurla keçən nümayişinə dəstək oldu.

    Tədbir çərçivəsində həmçinin dəbli smartfonların yeni seriyası - Xiaomi 12 təqdim olundu. Onun əsas üstünlükləri ilə qonaqlar - Azərbaycanın aparıcı inflyuenserləri, blogerlər və moda sahəsinin nümayəndələri moda sərgisinin gedişatında tanışlıq zamanı bu seriyanın smartfonlarının foto və video çəkilişlərində əsl sıçrayış olduğuna əmin oldular.

    Maksimum işığı buraxan nəhəng sensorlu 50 meqapiksellik əsas kamera sizə studiya səviyyəli kadrlar yaratmağa və heyrətamiz 8K formatlı video çəkməyə imkan verir.

    Smartfonlar dəbli rənglərdə şüşədən və metaldan hazırlanmış zərif korpusda təklif olunur - mühəndislər və dizaynerlər cihazların nəinki istifadəçi təcrübəsi ilə heyran etməsi, həm də maksimum toxunma həzzini təmin etməsi üçün hər şeyi ediblər.

    Beynəlxalq Xiaomi şirkəti əlini Azərbaycan paytaxtının mədəni həyatının zaman nəbzində tutmaqda, eləcə də keçmişdə olduğu kimi bu kimi tədbirləri dəstəkləməyə və yerli şirkətlərlə maraqlı layihələrdə fəal əməkdaşlıq etməyə davam edəcək.

     



    XƏBƏR LENTİ

    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024