Bakıya qar yağacaq

    ÖLKƏ

    06 Fevral 2023 | 13:12

    Bakıda və Abşeron yarımadasında fevralın 07-si günün ikinci yarısından 10-dək güclü şimal-qərb küləyi əsəcək. Fevralın 10-da külək mülayimləşəcək.

    Milli Hidrometeorologiya Xidmətindən Pressa-ya verilən xəbərə görə, fevralın 08-də havanın tutqun, axşama doğru yağıntılı olacağı, gecə sulu qara keçəcəyi, 09-da fasilələrlə sulu qar, qar yağacağı gözlənilir.

    Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcəyi, 09-10-da gecə və səhər saatlarında 1-3° şaxta olacağı gözlənilir.

    Yağıntı: Fevralın 07-də gecə saatlarından başlayaraq Respublikanın əvvəlcə qərb rayonlarında, günün ikinci yarısında şimal rayonlarında, 08-dən isə əksər rayonlarda yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 10-da yağıntılar tədricən zəifləyəcək.

    Külək: Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu: ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.
    Fevralın 11-dək yollar buz bağlayacaq.

     



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024