Bakıdan “Kayrat” komandasını aparan təyyarə Almatıda qəzaya uğrayıb

    HADİSƏ

    22 Oktyabr 2021 | 09:55

    Konfrans Liqasının qrup mərhələsinin III turunda “Qarabağ”la qarşılaşan “Kayrat” Bakıdan Qazaxıstana qayıdanda qəzaya uğrayıb.

    Apasport.az saytının Qazaxıstan mətbuatına istinadən məlumatına görə, komandanı ölkəyə aparan hava gəmisi Almatı Hava Limanında avtomobillə toqquşub.

    Yerli vaxtla səhər saat 7 radələrində baş verən fövqəladə hadisə zamanı “Renault” markalı avtomobil “FlyJet” şirkətinə məxsus təyyarənin altında qalıb. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır və bununla bağlı istintaq başladılıb. Toqquşmadan sonra sərnişinlər təcili təxliyəni gözləyərək bir saatdan çox təyyarədə qalıblar. Ölən və yaralanan yoxdur.

    Qeyd edək ki, dünən Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən “Qarabağ” – “Kayrat” matçı Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024