Bakıda yeni taksi xidməti istifadəyə verilib 

    SON XƏBƏRLƏR

    10 Avqust 2022 | 17:30

    Bu günlərdə Bakıda “Yango” adlı yeni onlayn taksi sifarişi xidməti istifadəyə verilib. Onunla şəxsən tanış olmaq qərarına gəldik.

    Xidmətin sınağını müxbirimiz Orxan Kərimova həvalə etdik. Yango ilə ilk tanışlıqdan sonra qız bunları dedi.


    Etiraf edim ki, taksilərin çox da həvəskarı deyiləm. Son vaxtlara qədər əsasən ictimai nəqliyyatdan istifadə etmişəm. Xoşbəxtlikdən işim evimin yaxınlığında yerləşir. Taksini ancaq çox ehtiyacım olduğu anlarda: dostlarım gildən evə gec qayıdanda və ya işlə əlaqədar harasa getməli olduğum zaman çağırmışam. Çox vaxt Uber-ə, bəzən də Bolt-a zəng etmişəm.
    Yeni xidmət haqqında başqa nə məlumdur?
    Yango beynəlxalq şirkətdir. Bakı ilə yanaşı Finlandiya, Norveç, İsrail, hətta bəzi Afrika ölkələrində təmsil olunur. Tətbiq Azərbaycan, ingilis və digər dilləri dəstəkləyir.


    Tətbiq kifayət qədər tez işləyir: hesabınızı qeydiyyatdan keçirdikdən sonra gediş və gəliş nöqtəsini daxil etməli, məqbul tarifi seçməlisiniz, bundan sonra sistem gedişin qiymətini hesablayır. Proqramın sol tərəfində sifariş tarixçəsi, parametrlər və dəstək xidməti var. Ümumiyyətlə, interfeys aydındır, yeni istifadəçilər tərəfindən asan başa düşülür. Eyni zamanda, iş prinsipi digər servislərin iş prinsipi ilə oxşardır - bir neçə dəqiqə ərzində sifariş verə bilərsiniz, çox ehtiyac olmadan dispetçerlə əlaqə saxlamaq isə lazım deyil.


    Xərclərin hesablanması
    Xidmətlərin qiyməti 1,6 AZN-dən başlayır və məsafədən, şəhərdəki trafikdən və tarifdən asılıdır. Hazırda servis iki tarif təklif edir – “Ekonom” və “Komfort”. Hər iki variantı sınaqdan keçirdim. Baş verənləri təqdim edirəm: “Gənclik” metrostansiyasından Qız Qalasına avtomobil sifariş edən zaman “Ekonom”da gediş haqqı 1,8 manat, “Komfort”da isə 2,5 manat təşkil etdi. Yeni istifadəçilər üçün gözəl bonus da var - ilk üç səfərdə 30% endirim.


    Gediş haqqını həm nağd, həm də nağdsız ödəyə bilərsiniz. Artıq bir müddətdir ki, nağd puldan nadir hallarda istifadə edirəm, buna görə də seçimim aydın idi və sifariş verərkən nağdsız ödənişi seçdim. Bəzi servislərdə olduğu kimi gedişdən sonra heç bir vergi ödəməyə ehtiyac yoxdur. Tıxacda qalsanız və yolda çox vaxt keçirməli olsanız belə qiymət dəyişmir. Məsələ burasındadır ki, gedişləri planlaşdırarkən servis öz texnologiyalarından istifadə edir: naviqasiya ən sürətli yolları və marşrutları axtarır ki, sürücü tıxaclardan yan keçsin və müştərini getdiyi yerə mümkün qədər tez çatdırsın.


    Avtomobilin içi


    Təbii ki, seçilən tarif ilk növbədə avtomobilin keyfiyyətinə təsir edir. Ekonom avtomobillər sadədir, çox da təzə deyil, lakin təəccüblü dərəcədə təmizdir. Komfort isə özü özündən danışır. Çox vaxt avtomobilin baxımlı görünüşü, dəri oturacaqları və kondisionerləri ilə seçilir. Xoşbəxtlikdən, tarif sürücünün nəzakətinə və dostluğuna təsir göstərmir. Öz üzərimdə yoxladım. Hər iki halda işlərindən razılıqla danışan çox gözəl sürücülərlə yol getim. Komfort-un sürücüsü Fərhad hətta mənimlə danışdı və Yango vasitəsilə işləməyin üstünlüklərini qeyd etdi. Onun sözlərinə görə, servis alqoritmləri sayəsində sürücülərə dayanma vaxtlarını azaltmağa və sifarişlərin sayını artırmağa kömək edir. Bununla yanaşı eyni vaxtda bütün mövcud servislərlə işləyə bilərsiniz. Yəni, rəqiblərlə işləmək qadağan edilmir.
    Hər şeydən öncə təhlükəsizlik
    İnanın ki, taksi xidmətlərindən istifadə edən gənc qız üçün bunlar sadəcə sözlər deyil. Əl qaldıraraq taksi çağıran, sonra da sürücülərin onlara sataşmalarından, mədəniyyətsiz davranışlarından danışan qızların hekayələri hamımıza məlumdur. Yango proqramında fövqəladə xidmətlərlə əlaqə saxlaya və ya yaxınlarınıza yerləşdiyiniz yer haqqında məlumat verə biləcəyiniz bölmə var. Və başa düşürəm ki, müştərilər üçün təhlükəli vəziyyətləri tamamilə aradan qaldırmaq üçün təhlükəsizlik funksiyaları daim inkişaf etdirilir və təkmilləşdirilir. Gediş zamanı hər hansı fikir ayrılığı və suallar yaranarsa, dəstək xidmətinə müraciət edə bilərsiniz.


    Nəticə
    Yangonun imkanları, şübhəsiz ki, digər servislərin xidmətlərindən istifadə edərkən uzun müddət avtomobil gözləməli olanlar tərəfindən yüksək qiymətləndiriləcək. Barmaqla göstərməyəcəyəm, amma bəzi servislər tez-tez bu kimi arzuolunmaz hallara yol verirlər. Üstünlüklər arasında istifadənin asanlığını da qeyd etmək istəyirəm. Tətbiq çox yaxşı və tez işləyir, lazım olan bölməni tapmaq çətin deyil. Daha bir böyük üstünlük pula qənaət etməyə imkan verən müxtəlif bonuslardır. Təbii ki, ünsiyyət zamanı insanda xoş təəssürat buraxan mehriban sürücüləri də qeyd etmək istəyirəm.
    Düşünürəm ki, biz Yango ilə dost olacağıq.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024