Bakıda uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərgi keçirilir

    ÖLKƏ

    16 Mart 2023 | 12:32

    Bakıda “Viva La Vida” uzunömürlülük üzrə ilk beynəlxalq konqres və sərgi keçirilir.

    Pressa xəbər verir ki, tədbir Azərbaycanın milli musiqisi və rəqslərinin ifası ilə başlayıb.

    Daha sonra "Odlar yurdu" Azərbaycanı simvolizə edən elementlər nümayiş etdirilib.

    Tədbirdə dünyanın müxtəlif ölkələrindən dəvət olunan 21 spikerin çıxışı nəzərdə tutulub.

    Tibbi Spa və uzunömürlülük üzrə sağlamlıq mərkəzlərinin inkişafı ilə məşğul olan "Possumus development" şirkətinin yaradıcısı, zehni sağlamlıq üzrə mütəxəssis İlona Ansone salamlama nitqində bildirib ki, tədbirdə uzunömürlülüklə bağlı 10-a yaxın startapçılar iştirak edir.

    Konqres boyunca spikerlər kişi və qadın uzunömürlülüyü, zehni-mənəvi uzunömürlülük və digər profilaktik, fərdiləşmiş təbabət haqqında məlumat və tövsiyələr verəcəklər.

    Tədbir martın 17-dək davam edəcək.



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024