Bakıda Novruz günlərinin hava proqnozu

    ÖLKƏ

    18 Mart 2023 | 11:35

    Bakıda və Abşeron yarımadasında bayram və istirahət günlərində gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Pressa-ya Milli-Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, martın 19-da paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şimal küləyi 5-10 m/s. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq.

    Martın 20-də bəzi yerlərdə arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi 7-12 m/s. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq.

    Martın 21-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi 8-13 m/s, arabir 15-18 m/s. Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti olacaq.

    Martın 22-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 12-15° isti olacaq.

    Martın 23-də bəzi yerlərdə arabir yağış yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək, axşam 8-13 m/s-dək mülayimləşəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-14° isti olacaq.

    Martın 24-də dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 8-13 m/s.

    Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-16° isti olacaq.

     




    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024
    18 Mart 2024