Bakıda klinikalardan oğurluq edən şəxs tutulub

    ÖLKƏ

    26 Yanvar 2022 | 10:42

    Bakıda klinikalardan oğurluq edən şəxs saxlanılıb.

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə rayon ərazisindəki 2 klinikada Bakı şəhər sakinləri olan iki qadının çantasından ümumilikdə 970 manat pul, qızıl-zinət əşyaları, bank kartları və sənəd olan pulqabılarının oğurlanması barədə məlumatlar daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş K.Quliyev müəyyən edilərək saxlanılıb.

    Araşdırma aparılır.



    XƏBƏR LENTİ

    03 Iyun 2023
    02 Iyun 2023
    01 Iyun 2023
    31 May 2023
    30 May 2023