Bakıda iki polis rəisi işdən çıxarılıb

    SİYASƏT

    03 Avqust 2021 | 17:56

    Bakı şəhəri Nərmanov rayon Polis İdarəsinin rəis vəzifəsini müqəvvəti icra edən polis polkovnik-leytenantı Farid Vəliyev işdən çıxarılıb.

    Pressa-nın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

    Nazirin daha bir əmri ilə Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinin rəisi polis polkovniki İltimas Yusifli də vəzifədən azad olunub.

    F.Vəliyev və İ.Yusifli rayon ərazisində karantin rejimi qaydalarının mühafizəsində yol verdikləri nöqsanlara görə işdən çıxarılıblar.

    Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev hər iki faktı Pressa-ya təsdiqləyib.

     



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024