Bakıda iki binanın sakinləri 13 ildir ki, mənzillərinə çıxarış ala bilmirlər

    SON XƏBƏRLƏR

    30 Iyun 2022 | 09:38

    Bakıda iki çoxmərtəbəli binada yaşayan sakinlər 13 ildir ki, mənzillərinə çıxarış ala bilmirlər.

    Xezerxeber.az-ın məlumatına görə, bu binalarda 143 ailə yaşayır.

    Bu problemlə paytaxtın Nəsimi rayonu, Qulu Quliyev küçəsi 38 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinləri üzləşiblər.

    Sakinlər iddia edirlər ki, 2006-cı ildə ''Star-M'' Mənzil Tikinti Kooperativi tərəfindən tikilən 15 və 16 mərtəbəli iki bina 2009-cu ildə qaz, işıq və su ilə təmin edilib. Bundan sonra binalarda əhalinin yaşayışına icazə verilib. Amma mənzillərə çıxarış verilməyib.

    Sakinlərin iddialarına görə, məsələ ilə bağlı dəfələrlə ''Star-M'' Mənzil Tikinti Kooperativinin rəhbəri Məhərrəm Məhərrəmova müraciət etsələr də, nəticəsi olmayıb.

    Problemlə əlaqədar sözügedən Mənzil Tikinti Kooperativinə müraciət etdik. Sakinlərin iddialarını MTK-nın komendantı Aynur Həsənova cavablandırıb. O da iddia edib ki, binalar aidiyyəti qurum tərəfindən təhvil alınmadığından sakinlər çıxarış ala bilmirlər.

    Qeyd edək ki, həmin tikinti şirkətinin rəhbəri Məhərrəm Məhərrəmov cari il may ayının 6-da Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən eyni mənzili ayrı-ayrı şəxslərə satmasına və vətəndaşlara məxsus 3 milyon 166 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilərək istintaqa cəlb edilib. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

    Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024