Bakıda daha 2 məktəbdə əyani dərslər bərpa olunub

    ÖLKƏ

    25 Noyabr 2021 | 14:04

    Paytaxtdakı 155 və 193 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

    Bakı Şəhəri üzrə Təhsil idarəsindən  verilən xəbərə görə, hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

    Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur. Tədrisin fasiləsiz təşkili diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq monitorinqlər aparılır.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024