Bakıda bu küçələrdə sürət 30 km/saata endirildi - Siyahı

    ÖLKƏ

    20 Sentyabr 2022 | 15:13

    Paytaxtda 30 km/saat sürət limitli zona təşkil edilib.

    Bakı Nəqliyyat Agentliyindən (BNA) Pressa-ya daxil olan məlumatda bildirilir ki, zonaya Bakının mərkəzi hissəsini əhatə edən 33 küçə daxildir. Artıq zonaya daxil olan küçələrdə müvafiq yol nişanları quraşdırılıb, nişanlanma işləri aparılıb.

    Məlumat üçün qeyd edək ki, 30 km/saat sürət limitli zonanın bır sıra üstünlükləri vardır. Belə ki,

    1. Yol hərəkəti iştirakçılarının təhlükəsizlik səviyyəsinin artırılması;

    2. Yol qəzalarının və sağlamlığa dəyən ciddi zərərlərin azaldılması;

    3.  Hava keyfiyyətinin yüksəldilməsi;

    4. Sosial mühitin inkişafı;

    5. Səs kirliliyinin azaldılması;

    6. Piyada hərəkətin, velosipedlərdən istifadənin stimullaşdırılması.

     30 km/saat limit zonaya daxil olan  küçələr aşağıdakılardır:

    1. Murtuza Muxtarov küçəsi,

    2. Zərgərpalan küçəsi,

    3. Mirzə Fətəli Axundzadə küçəsi,

    4. Təbriz Xəlilbəyli küçəsi,

    5. İslam Səfərli küçəsi,

    6. Mirzə İbrahimov küçəsi,

    7. Əlimərdan bəy Topçubaşov küçəsi,

    8. Rəsul Rza küçəsi,(Xaqani  ilə  Zərifə Əliyeva küçələri arasında) 

    9. Qoqol küçəsi,

    10. Məmməd Əfəndiyev küçəsi,

    11. Nabatxanım Aşurbəyova küçəsi,

    12. Rza Quliyev küçəsi,

    13. Həsən Abdullayev küçəsi,

    14. Adil Babayev küçəsi,

    15. Rostropoviçlər küçəsi,

    16. Dilarə Əliyeva küçəsi, (Səməd Vurğun küçəsi ilə Azərbaycan pr. arasında)

    17. Çingiz Mustafayev küçəsi,

    18. Vidadi küçəsi,

    19. Bəşir Səfəroğlu küçəsi,

    20. Əlövsət Quliyev  küçəsi,

    21. Həzi Aslanov küçəsi,

    22. Tolstoy küçəsi,

    23. Süleyman Tağızadə küçəsi,

    24. Nizami küçəsi (Abdulla Şaiq  -  Azərbaycan pr arasında)

    25. Əhməd Cavad küçəsi, ( Azərbaycan pr və Səid Rüstəmov  küçələri arasında)

    26. Səid Rüstəmov küçəsi,

    27. Tərlan Əliyarbəyov küçəsi,

    28. H.Z Tağıyev küçəsi,

    29. Yusif Məmmədəliyev küçəsi,

    30. Əbdülkərim Əlizadə küçəsi,

    31. Zərifə Əliyeva küçəsi, ( Rəsul Rza və Məmmədəmin Rəsulzadə küçələri arasında)

    32. Yusif Məmmədəliyev küçəsi,

    33. Yusif Bəy İbrahimli küçəsi.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024
    18 Mart 2024