Bakıda beynəlxalq təhsil forumu keçirilib

    TƏHSİL

    28 Sentyabr 2022 | 14:59

    Qərbi Kaspi Universiteti və dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan "Times Higher Education" təşkilatının birgə təşkilatçılığı ilə Bakıda beynəlxalq təhsil forumu keçirilib.

    Pressa xəbər verir ki, Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırov qonaqları salamlayaraq yeni dünya düzənində universitetlər qarşısında çağırışlar fonunda Qərbi Kaspi Universitetinin atdığı addımlara toxunub, bu yöndə beynəlxalq tərəfdaşlarla əməkdaşlığın səmərəli olduğuna diqqət çəkib.

    “Davamlı gələcək üçün tərəfdaşlar” mövzusuna həsr olunan Forumda BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn çağırışlar, təhsilin üzləşdiyi problemlər və onların həlli yolları nəzərdən keçirilib.

    Tədbirdə ABŞ, Almaniya, Britaniya, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Portuqaliya, Pakistan, Malayziya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və s. onlarla ölkədən tədqiqatçı, professor, ekspertlər fiziki və onlayn rejimdə iştirak ediblər.

     



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024