Bakı-Naxçıvan-Bakı marşrut avtobuslarının sayı artırıla bilər

    ÖLKƏ

    25 Yanvar 2022 | 16:43

    Azərbaycan və İran Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunda işləyən avtobusların gündəlik sayının artırılması məsələsini müzakirə ediblər.

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, İran İslam Respublikasının yol və şəhərsalma naziri Rüstəm Qaseminin ölkəmizə səfəri çərçivəsində Azərbaycan və İran nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, rəqəmsal və nəqliyyat naziri Rəşad Nəbiyev və digər səlahiyyətli şəxslər iştirak edib.

    Məlumata görə, görüşdə İran ərazisindən tranzit olaraq Naxçıvan Muxtar Respublikasına və geriyə hərəkət edən Azərbaycan avtodaşıyıcılarına tətbiq olunan vergilərin azaldılması, İran ərazisini tərk edən zaman avtonəqliyyat vasitələrinə yanacaq çənində olan yanacağın hər bir litrinə tətbiq olunan rüsumun ləğv edilməsi və avtomobil nəqliyyatı üzrə digər aktual məsələlər müzakirə olunub.



    XƏBƏR LENTİ

    25 Aprel 2024
    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024