Bakı metrosunda yeni qatarlar xəttə buraxıldı

    ÖLKƏ

    03 Avqust 2021 | 10:31

    Bu gün Bakı metropolitenində hər biri beş vaqondan ibarət olan müasir tipli daha dörd yeni qatar tərkibi xəttə buraxılıb.

    Bu barədə Pressa-ya “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

    O bildirib ki, bu gün Rusiyanın “Metrovaqonmaş” müəssisəsinin istehsalı olan dörd yeni qatar xəttə buraxılıb:

    “Sərnişin axını nəzərə alınaraq, yeni qatarlar “Həzi Aslanov” - “Dərnəgül” xətti üzrə istifadəyə verilib. İstismar müddətini başa vuran qatarlar yeniləri ilə əvəzlənib. Belə ki, yeni qatarların əvəzlədiyi köhnə qatarlar istismar müddəti bitən gün xətdən çıxarılır”.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024