• Bakı 26° C

    2.49 m/s

  • USD - 1.7

    RUB - 0.024

    EUR - 1.9288

Bakı metrosunda təzə qatarların sayı artırılır - RƏSMİ

SON XƏBƏRLƏR

31 May 2021 | 17:29

Hazırda "Bakı Metropoliteni” QSC-nin bu il üçün planlaşdırdığı 4 qatar tərkibi, yaxud 20 vaqon Rusiyada istehsal prosesindədir. 

Pressa xəbər verir ki, bu barədə jurnalistlərə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

B.Məmmədov bildirib ki, bununla da təzə qatarların sayı 19-a çatacaq:

"Planlaşdırıldığı kimi qatarlar ilin ikinci yarısında Bakıya gətiriləcək və müvafiq tənzimləmə-sazlama və sınaq işlərindən sonra mütləq şəkildə xəttə buraxılacaq. Hazırda 15 qatar, yəni 75 yeni vaqonumuz mövcuddur. Onlardan üçü "İçəriŞəhər” - "Həzi Aslanov”, 12-si isə "Dərnəgül” - "Həzi Aslanov” istiqaməti üzrə hərəkət edir. 

Bütün qatarlar işləməyə hazır vəziyyətdədir. Bildiyiniz kimi, bu il yerli şəraitdə belə qatarlardan birində əsaslı qaldırma təmiri həyata keçirmişik. Həmin işlər də mart ayına kimi başa çatdırılıb”.



SON XƏBƏRLƏR

15 Iyun 2021
14 Iyun 2021
11 Iyun 2021
10 Iyun 2021
09 Iyun 2021
08 Iyun 2021
07 Iyun 2021
05 Iyun 2021
03 Iyun 2021
01 Iyun 2021
31 May 2021