Bakı metropoliteni yeni vaqonlar alır

    ÖLKƏ

    15 Sentyabr 2021 | 12:45

    Bakı metropoliteni gələn il üçün daha 20 vaqondan ibarət 4 qatar tərkibi sifariş verib.

    Bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

    O bildirib ki, bununla bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Rusiyanın “Metrovaqonmaş” şirkəti ilə müqavilə bağlayıb: “Müqaviləyə əsasən, şirkət Bakı metropoliteni üçün daha 20 vaqon istehsal etməli və gələn il Bakıya yola salmalıdır. Gələn ilin yay aylarına qədər vaqonlar istehsal edilib Bakıya göndərilməlidir. Həmin dövrə qədər Bakı metropoliteni bütün texniki şərtləri müəssisəyə təhvil verməlidir”.

    Xatırladaq ki, hazırda Bakı metropoliteninin lokomotiv parkında 56 qatar tərkibi olmaqla 280 vaqon sərnişinlərə xidmət edir. Onlardan 19 qatar tərkibi olmaqla 95 vaqon yeni nəsil vaqonlardır. 



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024