Bakı meriyası abadlıq işlərinə 24 milyon manat xərcləyəcək

    ÖLKƏ

    23 Noyabr 2021 | 15:39

    Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxtın Xətai rayonundakı Nizami adına mədəniyyət-istirahət parkında abadlıq (1), eləcə də şəhərdə səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

    Pressa dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Xezer Construction” MMC və "Star Construction-12" QSC-dir.

    Qalib şirkətlərə müvafiq olaraq 13,706 milyon manat və 9,893 milyon manat, ümumilikdə isə 23,599 milyon manat ödəniləcək.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024