Bakı Limanının ikinci fazasının texniki-iqtisadi əsaslandırması gələn il hazır olacaq

    İQTİSADİYYAT

    02 Dekabr 2022 | 15:18

    Bakı Limanının ikinci fazasının texniki-iqtisadi əsaslandırması gələn ilin ortasında hazır olacaq.

    Pressa xəbər verir ki, bunu Bakı Limanının baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında bildirib.

    Onun sözlərinə görə, ikinci faza çərçivəsində limanın ümumi yükaşırma gücünü 15 mln. tondan 25 mln. tona və 100 min TEU-dan təqribən 500 min TEU konteynerədək artırmaq planlaşdırılır.

    Taleh Ziyadov onu da qeyd edib ki, sənədi birinci faza üzrə işləri aparan Niderland şirkəti hazırlayır.

    Limanın konteyner aşırma qabiliyyətinin artırılması Orta dəhlizə daha çox yüklərin cəlb edilməsinə imkan verəcək.

     

     



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024