Bakı funikulyorunda təmir işləri aparılacaq

    ÖLKƏ

    23 Noyabr 2021 | 14:36

    Bakı Şəhər İcra Hakimiyyətinin "Lifttəmir" İstehsalat Birliyi paytaxtın Səbail rayonunda yerləşən funikulyorun yol xəttinin inşaat konstruksiyaların möhkəmləndirilməsi və təmir-bərpa işləri üçün açıq tender elan edib.

    Pressa xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır.

    İddiaçılar ilkin sənədləri dekabrın 13-ü, saat 16:40-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə dekabrın 21-i, saat 16:35-a qədər dövlət satınalmalarının vahid internet Portalı vasitəsi ilə təqdim edə bilərlərlər. Telefon: (012) 594-65-94.

    Tenderin nəticəsi dekabrın 22, saat 16:40-da Portalda açıqlanacaq.



    XƏBƏR LENTİ

    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024