Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk sürətli sərnişin qatarı yola düşüb

    SON XƏBƏRLƏR

    18 Mart 2023 | 13:18

    Bu gün saat 08:25-də və saat 08;45-də Bakı Dəmiryol Vağzalından Bakı-Ağstafa-Bakı istiqaməti üzrə ilk sürətli sərnişin qatarları yola düşüb. Bu gün daha bir qatar saat 17:00-da Bakıdan Ağstafaya yola düşəcək. Qatarın yolda olma müddəti 4 saat 55 dəqiqədir.

    Pressa xəbər verir ki, 459 km uzunluğunda olan Bakı-Ağstafa-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edir. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.

      ADY Novruz bayramı ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq, Bakı-Ağstafa marşrutu üzrə 19 və 20 mart tarixlərinə əlavə 1 reys də təyin edib. 19 və 20 mart tarixlərində sərnişin qatarı hər gün saat 08:25 və 08:45-də Bakıdan Ağstafaya yola düşəcək.

      Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 AZN, Bakı-Tovuz istiqaməti üçün isə 16 AZN təşkil edir. Biletləri Dəmiryol Vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.



      XƏBƏR LENTİ

      15 Aprel 2024
      14 Aprel 2024
      13 Aprel 2024
      12 Aprel 2024
      11 Aprel 2024
      10 Aprel 2024
      09 Aprel 2024
      08 Aprel 2024
      07 Aprel 2024
      06 Aprel 2024
      05 Aprel 2024
      04 Aprel 2024