• Bakı 26° C

    2.49 m/s

  • USD - 1.7

    RUB - 0.024

    EUR - 1.9288

AzTU tələbələrinə ŞAD XƏBƏR!

ÖLKƏ

08 Iyun 2021 | 16:02

Azərbaycanda səfərdə olan Türkiyənin OSTİM Texniki Universitetinin (OSTİMTech)  nümayəndə heyəti Fəxri xiyabana gələrək, ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar torpaqlarımızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib.

Qonaqlar Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini də ziyarət edib.

Qardaş ölkə universitetinin nümayəndə heyətinin iştirakı ilə Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən görüşdə qonaqları salamlayan rektor Vilayət Vəliyev ali təhsil müəssisələri arasında əməkdaşlığın tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addım olduğunu bildirib. Azərbaycanda səfərdə olmaqdan məmnunluğunu ifadə edən OSTİMTech-in rektoru Murat Yülek imzalanacaq protokolun əhəmiyyətindən danışıb. Bildirib ki, əməkdaşlığın inkişaf etdirilməsi tədrisin keyfiyyətinin yüksəldilməsi və mütəxəssis hazırlığı istiqamətində mühüm nəticələr verəcək.

Görüş çərçivəsində universitetlər arasında menecment və sənaye mühəndisliyi ixtisası üzrə birgə bakalavr təhsili və tədrisinin təşkili haqqında protokol imzalanıb. Sənədi rektorlar Vilayət Vəliyev və Murat Yülek imzalayıb.

Protokola əsasən, tərəflər AzTU və OSTİMTech tələbələri üçün ortaq tədris planı üzrə menecment və sənaye mühəndisliyi proqramının yaradılması barədə razılığa gəlib. Əsas məqsəd sözügedən proqrama qoşulan tələbələrin keyfiyyətli təhsil almalarıdır. 

AzTU tələbələri birgə proqramda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi qəbul imtahanında müəyyən edilmiş lazımi balı toplamalı, həmçinin OSTİMTech-in əcnəbi tələbə qəbulu üzrə tələbini yerinə yetirməlidir. Qeyd edək ki, proqramın müddəti 4 ildir. Birgə bakalavr proqramını müvəffəqiyyətlə bitirən hər bir tələbə menecment və sənaye mühəndisliyi ixtisası üzrə AzTU və OSTİMTech-in diplomuna sahib ola biləcək.

Xatırladaq ki, qardaş ölkə universitetlərinin əməkdaşlığı çərçivəsində artıq bir neçə aydır AzTU-da ingilis dili fənni OSTİMTech-in proqramı əsasında tədris olunur.



SON XƏBƏRLƏR

15 Iyun 2021
14 Iyun 2021
11 Iyun 2021
10 Iyun 2021
09 Iyun 2021
08 Iyun 2021
07 Iyun 2021
05 Iyun 2021
03 Iyun 2021
01 Iyun 2021
31 May 2021