AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

    ÖLKƏ

    25 Yanvar 2022 | 16:05

    Yanvarın 25-də Azərbaycan Texniki Universitetində (AzTU) 2021/2022-ci tədris ili üzrə keçirilən qış imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub. Mediaturda AzTU-nun İctimai Şurasının üzvləri, mətbuat nümayəndələri və tələbələrin valideynləri iştirak ediblər.

    Qeyd olunub ki, AzTU-da təşkil olunan qış imtahan sessiyası şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə keçirilir. Şifahi imtahanların keçirilməsi üçün müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunan 75 imtahan otağı ayrılıb. Test  imtahanları isə kompüter zallarında təşkil olunub. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq imtahanda iştirak edən bütün tələbələr tibbi maska və digər qoruyucu vasitələrdən istifadə edir. Həmçinin imtahan zamanı tələbələr arasında sosial məsafənin qorunmasına riayət olunur. O da bildirilib ki, sessiya müddətində koronavirusa yoluxmuş  tələbələr üçün sessiya bitdikdən sonra xüsusi imtahan günləri təyin olunacaq. Qeyd edək ki, imtahan sessiyası başlayandan bu günə kimi 5 magistrant və 2 bakalavr koronavirusa yoluxub.

    Mediaturdan sonra AzTU-nun rektoru Vilayət Vəliyev jurnalistlərin suallarını cavablandırıb. Rektor bildirib ki, universitetdə aparılan reformaların əsas hədəfi tədris olunan fənlərin sayının azaldılmasına yönəlib. Hazırda tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində də mühüm işlərin həyata keçirildiyini deyən rektor növbəti tədris ilində universitetin müasir kitabxanasının istifadəyə verilməsinin nəzərdə tutulduğunu da jurnalistlərin diqqətinə çatdırıb.

    Qeyd edək ki, AzTU-da qış imtahan sessiyası fevralın 2-də yekunlaşacaq.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024