“Azovstal”dan çıxarılan yaralı ukraynalı hərbçilər rusiyalı əsirlərlə dəyişdiriləcək

    DÜNYA

    17 May 2022 | 14:24

    Mariupolda “Azovstal” polad kombinatından təxliyə edilən ağır yaralı ukraynalı hərbçilər rusiyalı müharibə əsirləri ilə mübadilə ediləcək.

    Pressa xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk “Telegram” hesabında paylaşımında qeyd edib.

    O bildirib ki, ötən gün həyatlarının xilas edilməsi məqsədi ilə kombinatdan ağır yaralı halda 52 ukraynalı hərbçi təxliyə edilib. İrina Vereşçuk əlavə edib ki, onların vəziyyəti stabilləşdikdən sonra rusiyalı müharibə əsirləri ilə mübadilə ediləcəklər.

    “Biz humanitar əməliyyatın növbəti mərhələləri üzərində çalışırıq”, - Vereşçuk vurğulayıb.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024