“Azersun” Beynəlxalq sərgidə iştirak edir

    SON XƏBƏRLƏR

    19 May 2022 | 18:09

    “Azersun Holding” 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində iştirak edir.

    Fəaliyyətdə olduğu illərdə ərzində onlarla milli markanın yaradaraq dünyanın müxtəlif ölkələrinə ixrac edən şirkətlər qrupunun stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılandı. Qida sənayesi sərgisinə istehsal etdiyi məhsullarla qatılan “Azersun”,  həmçinin kənd təsərrüfatı sahəsində istehsal edilən məhsullar və tətbiq edilən innovativ həllər barədə qonaqları məlumatlandırıb.

    Qeyd edək ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan “Azersun Holding” tərəfindən istehsal edilən məhsullar dünyanın 40-dan artıq ölkəsinə ixrac edilir.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024