“Azəristiliktəchizat”ın “Azəriqaz”a 37,5 milyon debitor borcu var

    İQTİSADİYYAT

    01 Dekabr 2023 | 16:07

    ““Azəristiliktəchizat” ASC-nin SOCAR “Azəriqaz” İstehsalat Birliyinə 01.11.2023 tarixinə 37,5 mln. manat həcmində debitor borcu var”.

    Pressa xəbər verir ki, bunu “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

    "Qeyd olunan məbləğın 22,9 mln. manatı öz təstiqini tapıb və razılaşdırılıb, lakin yerdə qalan məbləğ hələ ki, müzakirə mövzusudur. Qalan məbləğlər ciddi şəkildə müzakirə mövzusu olmasa da, amma hər halda hələlik öz təstiqini tapmayıb.Yəqin ki, iki dövlət qurumu arasında yerdə qalan məbləğlə bağlı razılır əldə olunacaq”, - qurum rəsmisi əlavə edib.



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024