“Azəriqaz” gələn il yaşayış məntəqələrinin qazlaşdırılmasını kəskin artıracaq

    İQTİSADİYYAT

    23 Noyabr 2022 | 16:10

    SOCAR “Azəriqaz” İstehsalat Birliyinin 2023-cü ilin qazlaşdırma proqramı çərçivəsində təxminən 140 yaşayış məntəqəsinin qazlaşması nəzərdə tutulub.

    Pressa-nın xəbərinə görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin (İB) Baş direktorunun satış üzrə direktoru Rəşad Cavadov "Facebook" sosial şəbəkəsində canlı yayım zamanı bildirib.

    Onun sözlərinə görə, bu göstəriciyə həm qazlaşdırılması nəzərdə tutulan kəndlər, həm də yaşayış massivləri daxildir.

    Rəşad Cavadov onu da qeyd edib ki, bu il üçün nəzərdə tutulan qazlaşma işləri yekunlaşmağa doğru gedir və təxminən 95% yerinə yetirilib.

    Xatırladaq ki, “Azəriqaz” tərəfindən bu il təqribən 110 kənd və yeni yaşayış massivində paylayıcı qaz şəbəkəsinin qurulması nəzərdə tutulub. Beləliklə, bu il ilə müqayisədə gələn il qazlaşma işlərinin 27% artacağı gözlənilir.

     



    XƏBƏR LENTİ

    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024