“Azerçay”dan 1 iyunda qayğıya ehtiyacı olan uşaqlara dəstək

    SON XƏBƏRLƏR

    01 Iyun 2023 | 20:59

    Milli markamız “Azerçay”ın dəstəyi, Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə tədbir təşkil edilib.

    Dənizkənarı Bulvarda keçirilən “Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla 1 gün” adlı əyləncəli tədbirdə millət vəkilləri, dövlət rəsmiləri, QHT və özəl şirkət nümayəndələri iştirak ediblər.

    Tədbirdə uşaqların əylənməsi üçün “Azerçay” tərəfindən DJ və animatorlar dəvət edilib, eyni zamanda azyaşlıların çox sevdiyi şirin pambıq və “Maraş dondurması” hazırlanıb. Bundan əlavə, iştirakçılar uşaqların hazırladığı əl işləri ilə tanış olub, onların fəaliyyətləri ilə yaxından tanış olublar.

    Sonda balacalara doğma çay tərəfindən uşaqlar üçün maraqlı hədiyyələr paylanılıb. Həmçinin tədbir iştirakçıları ləziz təamlı “Azerçay”a qonaq olublar.



    XƏBƏR LENTİ

    25 Sentyabr 2023
    23 Sentyabr 2023
    22 Sentyabr 2023
    21 Sentyabr 2023
    20 Sentyabr 2023
    19 Sentyabr 2023