“Azerçay” Milli Yaylaq Festivalında iştirak etdi

    SON XƏBƏRLƏR

    01 Avqust 2022 | 20:09

    Ölkəmizin ilk milli markalarından olan doğma çay “Azerçay” II Milli Yaylaq Festivalına qatılıb.

    Hacıkənd qəsəbəsində 3 gün ərzində milli-mənəvi dəyərlərinin təbliği, yaylaq və elat mədəniyyətinin yaşadılması və beynəlxalq miqyasda tanıdılması məqsədi ilə təşkil edilən tədbir ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.


    Ümumilikdə 22 ölkədən 300-dən artıq xarici qonağın və on minlərlə tamaşaçının iştirak etdiyi festivalda “Azerçay” ziyarətçiləri çay süfrəsinə qonaq etdi. Stendi ziyarət edənlər arasında Gənclər və İdman naziri Fərid Qayıbov və digər dövlət rəsmiləri də olub.

    Qeyd edək ki, milli dəyərlərimizə xüsusi həssaslıqla yanaşan “Azerçay” daim yerli və beynəlxalq tədbirlərdə iştirak edərək ölkəmizin yüksək səviyyədə təmsil olunmasını təmin edir. 100 faiz təbii olan adıçəkilən marka dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyır.



    XƏBƏR LENTİ

    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024
    07 Aprel 2024
    06 Aprel 2024
    05 Aprel 2024