Azərbaycanlı velosipedçi Olimpiadada qəza etdi

    İDMAN

    24 Iyul 2021 | 12:21

    Azərbaycanın daha bir idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

    Pressa xəbər verir ki, velosipedin şose növündə çıxış edən Elçin Əsədov finişə çata bilməyib.

    130 velosipedçinin qatıldığı 234 kilometrlik məsafədə olan yarışda 34 yaşlı idmançımız yıxılıb. Hadisə şosenin 57-ci kilometrliyində baş verib.

    Qeyd edək ki, yarışın startında iki velosipedçinin koronavirus testi müsbət çıxdığından, onlar mübarizəyə qoşulmayıb.

    Xatırladaq ki, bu gün daha iki idmançımız – cüdoçular Kəramət Hüseynovla Aişə Qurbanlı da Olimpiadanı medalsız başa vurub.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024