Azərbaycanlı həkimlər Adanada zəlzələdən zərərçəkənlərə tibbi yardım göstərəcək

    SON XƏBƏRLƏR

    07 Fevral 2023 | 12:36

    Azərbaycandan Türkiyəyə gedən hərbi həkim briqadaları Adana şəhərində zəlzələdən zərərçəkənlərə tibbi yardım göstərəcəklər.

    Pressa xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

    "34 nəfərlik həkim heyətini, səhra xəstəxanası ləvazimatlarını və digər tibbi ləvazimatları daşıyan 4-cü və 5-ci təyyarələr bu gün səhər saatlarında qardaş Azərbaycandan Adanaya yola düşüb", - diplomatik nümayəndəlikdən qeyd olunub.

    Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.



    XƏBƏR LENTİ

    20 Mart 2023
    18 Mart 2023
    17 Mart 2023
    16 Mart 2023
    15 Mart 2023