Azərbaycanlı futbolçu Almaniyanın aşağı liqasında ən bahalı oyunçulardan sayılıb

    İDMAN

    26 Yanvar 2022 | 10:33

    Almaniya Regional Liqasının ən bahalı futbolçuları açıqlanıb.

    Report "Reviersport.de" saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan millisinin sabiq futbolçusu Rüfət Dadaşov da yer alıb.

    "Şalke"nin əvəzedici komandasında çıxış edən 31 yaşlı hücumçunun qiyməti 200 min avrodur. Dadaşov 8 futbolçu ilə birlikdə 9 - 16-cı yerləri bölüşdürür.

    Liqanın ən dəyərli oyunçusu 1 milyon avro ilə "Köln"ün əvəzedici komandasında çıxış edən 20 yaşlı Tim Lemperledir.

    Qeyd edək ki, Rüfət Dadaşov "Şalke"nin əsas komandasında da debüt edib.



    XƏBƏR LENTİ

    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024
    16 Aprel 2024
    15 Aprel 2024
    14 Aprel 2024
    13 Aprel 2024
    12 Aprel 2024
    11 Aprel 2024
    10 Aprel 2024
    09 Aprel 2024
    08 Aprel 2024