Azərbaycanla Sinqapur peyklərin istehsalını birgə inkişaf etdirəcəklər

    SON XƏBƏRLƏR

    23 Oktyabr 2021 | 12:26

    Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) Sinqapurun “Infinite Orbits PTE Ltd” şirkəti ilə peyk xidmətlərinin göstərilməsinə dair strateji əməkdaşlıq müqaviləsi imzalayıb.

    “Azərkosmos”dan verilən məlumata görə, müqaviləni Agentliyin İdarə heyətinin sədri Saməddin Əsədov və “Infinite Orbits” şirkətinin baş direktoru Adel Haddoud imzalayıblar.

    Müqaviləyə əsasən, tərəflər Azərbaycanda kosmik sənayenin genişləndirilməsi üçün peyklərin istehsalı və istismarını birgə inkişaf etdirəcəklər.

    Bu əməkdaşlıq strateji biznes və əməliyyatlarda uzunmüddətli tərəfdaşlığın başlanğıcını və daim dəyişən biznes ehtiyaclarına və tələblərinə cavab verən yüksək keyfiyyətli, ucuz qiymətə peyklər istehsal etmək üçün istehsal proseslərinin inkişafını nəzərdə tutur.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024