Azərbaycanla Rumıniya arasında birbaşa aviareys açılacaq

    İQTİSADİYYAT

    01 Aprel 2024 | 14:08

    Rumıniya və Azərbaycan arasında birbaşa uçuşların təsis edilməsi xalqları əlaqələndirməklə yanaşı, biznes əlaqələrinin inkişafına təkan verəcək.

    Pressa xəbər verir ki, bu barədə Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasdan sonra keçirilən brifinqdə Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujan bildirib.

      “Biz iki ölkə arasında birbaşa uçuşların açılmasını səbirsizliklə gözləyirik. Bu insanlarımızı əlaqələndirməklə yanaşı, investorları və özəl sektorı əlaqələndirəcək, əməkdaşlığın tam dəyərləndirilməsini təmin edəcək”, - nazir deyib.



      XƏBƏR LENTİ

      24 Aprel 2024
      23 Aprel 2024
      22 Aprel 2024
      20 Aprel 2024
      19 Aprel 2024
      18 Aprel 2024