Azərbaycanla Qazaxıstan arasında mədəni əməkdaşlıq müzakirə olunub

    MƏDƏNİYYƏT

    01 Dekabr 2023 | 09:45

    Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli noyabrın 30-da Qazaxıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşüb.

    Mədəniyyət Nazirliyindən Pressa-ya verilən xəbərə görə, görüşdə nazir Azərbaycan və qazax xalqlarının tarixi dostluq münasibətlərindən bəhs edərək ölkələrimiz arasında bir sıra sahələrdə olduğu kimi, mədəni əlaqələrin də inkişaf etdiyini vurğulayıb. Mədəniyyətin və incəsənətin müxtəlif sahələrində əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün birgə layihələrin həyata keçirilməsinin önəmi qeyd olunub.

    Səfir Alim Bayel iki ölkə arasın əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib. Diplomat mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsinə töhfə verəcək geniş imkanların olduğunu vurğulayıb.

    Görüşdə həmçinin 2-5 dekabr tarixlərində ölkəmizdə keçiriləcək Qazaxıstan mədəniyyəti günləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

     



    XƏBƏR LENTİ

    28 Fevral 2024
    27 Fevral 2024
    26 Fevral 2024
    24 Fevral 2024
    23 Fevral 2024
    22 Fevral 2024
    21 Fevral 2024
    20 Fevral 2024