Azərbaycanın üç boksçusu Avropa birinciliyində medalı təmin edib

    İDMAN

    01 Oktyabr 2022 | 11:38

    İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final döyüşlərinə start verilib.

    Pressa-nın məlumatına görə, mərhələnin ilk günündə Azərbaycan millisinin 3 üzvü çıxışını qələbə ilə başa vurub.

    48 kq çəki dərəcəsində mübarizə aparan Nərmin Əlizadə Mahur Marikyanla (Ermənistan) döyüşüb. Boksçumuz hər 3 raundda rəqibindən üstün olub. O, yekunda 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gələrək Marikyanı mübarizədən kənarlaşdırıb.

    Nərmin yarımfinalda polşalı Silva Formela ilə üz-üzə gələcək.

    Aynur Mikayılova Byanka Balintin (Almaniya) ardınca Lamprini Giannakopoulounu (Yunanıstan) da məğlub edib. Təmsilçimiz döyüşü 5:0 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb. Onun növbəti rəqibi ingiltərəli Katerin Pumfri olacaq.

    Emili Rzayeva (70 kq) isə rəqibi Olqa Filipçukun (Ukrayna) döyüşə gəlməməsi səbəbindən yarımfinala vəsiqə qazanıb. Həmyerlimiz növbəti qarşılaşmasında Gül Yılmaz (Türkiyə) ilə gücünü yoxlayacaq.

    Yarımfinala vəsiqə qazanan hər 3 boksçumuz özü üçün ən azı bürünc medalı təmin edib. Onlar bu mərhələnin döyüşlərinə oktyabrın 2-də çıxacaqlar.

    Milli üzvlərindən Qızbəs İsgəndər (54 kq) Ella-Mae Lonsdale (İngiltərə) ilə, Aysu İsmayılova (46 kq) isə Mariya Trifilli (Yunanıstan) ilə döyüşüb. Hər iki görüşdə rəqib mərhələ adlayıb.

    Qeyd edək ki, Avropa çempionatında 1/4 final mərhələsində Azərbaycan yığmasının daha 4 boksçusu rinqə çıxacaq.

     



    XƏBƏR LENTİ

    28 Mart 2024
    27 Mart 2024
    26 Mart 2024
    25 Mart 2024
    23 Mart 2024
    22 Mart 2024
    21 Mart 2024
    20 Mart 2024
    19 Mart 2024