Azərbaycanın proqram təminatı bazarında qiymətlər artacaq

    ÖLKƏ

    03 Dekabr 2021 | 16:02

    Azərbaycanda "Mirosoft"un bir sıra proqram təminatının qiymətləri gələn ilin mart ayından artacaq.

    Bunu  "Microsoft Azerbaijan" şirkətinin baş meneceri Qaçay Mirzəyev deyib.

    Onun sözlərinə görə, şirkət tərəfindən bu barədə məlumat həm tərəfdaşlara, həm də müştərilərə artıq təqdim olunub.

    "Qiymət artımı əsasən ofis məhsullarına, əməliyyat sistemlərinə və kibertəhlükəsizlik həllərinə şamil olunacaq. Qiymət artımı məhsullardan asılı olaraq fərqli olacaq və 5%-dən 15% arasında dəyişəcək. Bahalaşma daha çox təqdim edilən xidmətlərin içərisində yeni xidmətlərin əlavə olunduğundan irəli gəlir", - deyə Q. Mirzəyev qeyd edib.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024