Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 3% artıb

    İQTİSADİYYAT

    16 May 2022 | 16:10

    Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13,9 mlrd. manatlıq, o cümlədən 7,9 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 6 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.

    Dövlət Statistika Komitəsindən Pressa-ya verilən məlumata görə, 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5%, qeyri-ərzaq malları üzrə 3,7% artıb.

    2022-ci ilin yanvar-aprel aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 51,5%-i ərzaq məhsullarının, 5,6%-i içkilər və tütün məmulatlarının, 13,3%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,9%-i avtomobil benzini və dizel yanacağının, 4,6%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,5%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

    2022-ci ilin yanvar-aprel aylarında qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılan malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,1% artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7%-ni təşkil edib. 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 7,9%, bazar və yarmarkalarda 4,9% artıb, fərdi sahibkarlar üzrə isə 0,6% azalıb.

    Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 346,7 manatlıq, o cümlədən 197,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 148,9 manatlıq qeyri-ərzaq malları alınıb.



    XƏBƏR LENTİ

    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024