Azərbaycanın mobil rabitə sektorunun gəlirləri 5%-dək artıb

    ÖLKƏ

    14 Iyun 2021 | 11:47

    Bu ilin yanvar-may aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 379,4 mln. manat təşkil edib.

    Bu barədə Pressa-ya Dövlət Statistika Komitəsindən bildirilib.

    Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,6% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,3%-ni təşkil edib.

    "Cari ilin ilk beş ayında informasiya və rabitə müəssisələri tərəfindən 897,5 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 75,3%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 4,4% artıb", - komitədən bildirilib.



    XƏBƏR LENTİ

    24 Aprel 2024
    23 Aprel 2024
    22 Aprel 2024
    20 Aprel 2024
    19 Aprel 2024
    18 Aprel 2024
    17 Aprel 2024